02:03
107

Küveytdə futbol oyununda tribuna çökdü: 40 yaralı - FOTO

Küveytdə futbol oyununda tribuna çökdü: 40 yaralı - FOTO

Küveytdə keçirilən futbol qarşılaşmasında faciə baş verib.

Oxu.Az xəbər verir ki, Oman və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) milliləri arasında keçirilən Körfəz Kubokunun final oyununun sonunda tribuna çöküb. Nəticədə 40 azarkeş yaralanıb.

Küveyt baş nazirinin köməkçisi Enes Saleh xəstəxanalara yatırılan yaralıların vəziyyətinin yaxşı olduğunu bildirib.

Qeyd edək ki, 90 dəqiqəsi qolsuz başa çatan oyunda Oman penalti vuruşları ilə 5:4 qalib gələrək Körfəz Kubokunu ikinci dəfə muzeyinə götürüb.

Oxu.az 

0
RSS
Нет комментариев. Ваш будет первым!