Millimiz İran həmyaşıdlarını məyyus etdi

Millimiz İran həmyaşıdlarını məyyus etdi

Fevral ayının 08-dən 10-na kimi İranın Sarab şəhərində beynəlxalq basketbol turniri keçirildi. Turnirdə U18 milli yığma komandamızdan başqa İranın U18 millisi, İraqın Süleymaniyyə və Sarabın basketbol komandaları iştirak edirdi.

Samit Nuruzadənin yetirmələri turnirin ilk qarşılaşmasında Süleymaniyyə şəhərinin basketbolçularına 60:69 hesabı ilə məğlub oldular.

Bu acı məğlubiyyətdən sonra komandamız toparlanaraq turnirin favoriti olan İranın U18 millisini üstələdi 75:71. Ev sahibləri ilə keçirilən sonuncu görüş isə çox gərgin mübarizə şəraitində keçdi. Bu oyunda komandamız yüksək səviyyəli basketbol sərgiləyərək rəqibinə heç bir şans vermədi 90:72.

Sevindirici haldır ki, son 7 ildə U18 yığması olaraq milli komandamız ilk dəfə İranın U18 yığmasını məğlub edərək Sarabda keçirilən ənənəvi beynəlxalq turnirin qalibi oldu. 

u18
09:09
576
RSS
Нет комментариев. Ваш будет первым!