Azərbaycan millisinin Ermənistanla oyununun vaxtı bilindi

Azərbaycan millisinin Ermənistanla oyununun vaxtı bilindi

Basketbol üzrə 16 yaşadək Azərbaycan millisinin (U-16) Avropa birinciliyində oyunlarının vaxtı dəqiqləşib.

Oxu.Az xəbər verir ki, Elşən Yusubovun rəhbərlik etdiyi komanda ilk görüşünü ev sahibi San Marinoya qarşı keçirəcək.

Bu matç iyulun 3-də olacaq. C divizionunun A qrupunda yer alan basketbolçularımız ertəsi gün – iyulun 4-də Ermənistan millisi ilə üz-üzə gələcəklər.

İyulun 5-də Albaniya ilə oynayacaq yığmamız iki gün sonra Avstriyanı sınağa çəkəcək. Təmsilçimiz son görüşündə Moldova ilə qüvvəsini sınayacaq. Bu oyun iyulun 8-nə təsadüf edəcək.

Qeyd edək ki, oyunlar San Marinonun Serravalle şəhərində keçiriləcək. Qrupda ilk iki yeri tutacaq komandalar mərhələ adlayacaqlar. 

Mənbəy: Oxu.az

10:18
782
RSS
Нет комментариев. Ваш будет первым!