Sabah Gəncədə beynəlxalq turnir keçiriləcək

Sabah Gəncədə beynəlxalq turnir keçiriləcək

Sabah, mart ayın 24 Göygöl olimpiya idman komleksində basketbol 3x3 idman növü üzrə 3x3 Azərbaycan keçirdiyi «Basketball 3x3 Azerbaijan Cup — in Ganja International 2017-2018 » ölkə turun6-ci turniri keçiriləcək.

3x3 Azərbaycan saytı xəbər verir ki, Novruz bayramına həsr olunmuş turnirinə mart ayın 23 Bakıdan 8 komanda: (Polukhinski Pereulok, Phoenix, Alov, Natus Vincere, Azerbaijan U-16, Gəncə NTD, Fireball, Renat) Cəlilabad rayonundan 2 komanda: (Woodpecker, Stars) yola çıxacaq.

Türkmənistanın milli yığması həmin turnirdə 3 komanda ilə iştirak edəcək: (Ashgabat, Türkmənistan U-23, Türkmənistan U-18).

Gəncə şəhərindən isə 5 komanda turnirə qatılacaq: (Gəncəli, Kəpəz, Gəncə Ümidlər, Göygöl, Gəncə Lider.

Həmin turnir 2 hissəyə ayrılacaq:

1-ci hissə — səhər saat 10:00-dan 14:00-dək (qrup mərhələsi).

2-ci hissə — saat 16:00-dan 20:00-dək (qrup və play-off mərhələsi).

Qeyd edək ki, 3x3 Azərbaycanın Gəncə şəhərində keçirdiyi 2 turniri olacaq.

Gəncə şəhərində bütün idman sevərləri həmin turnirə dəvət edilir.

Turnirnən bağlı daha ətraflı məlumatlar 3x3 Azərbaycan sosial şəbəkələrin hesablarında elan olunur. 

08:50
777
RSS
Нет комментариев. Ваш будет первым!