22:47
372

Göygöl Olimpiya İdman Kompleksində basketbolun 3x3 növü üzrə turnir keçirilib

Göygöl Olimpiya İdman Kompleksində basketbolun 3x3 növü üzrə turnir keçirilib

Mart ayın 24 Göygöl olimpiya idman komleksində basketbol 3x3 idman növü üzrə 3x3 Azərbaycan keçirdiyi «Basketball 3x3 Azerbaijan Cup — in Ganja International 2017-2018 » ölkə turun 6-ci turniri keçirildi.

Turnirdə 18 komanda iştirak etdi. Novruz bayramına həsr olunmuş turnirdə Türkmənistanın U-23 komandası qalib oldu, turnirin ikincisi Phoenix komandası, üçüncüsü isə Gəncə NTD komandası oldu. Turnirin ən dəyərli oyunçusu kimi «MVP» Phoenix komandasının üzvü Fariz Qənbərov təşkilat tərəfindən seçildi. «Slam Dunk Contest» müsabiqəsinin qalibi «Stars» komandasının üzvü Əkbər Məmmədov oldu.
Göygöl olimpiya idman kompleksinin rəhbərliyinə, Azərbaycan basketbol federasiyasına və Azərbaycan Basketbol Federasiyasının Qərb bölgəsi üzrə baş nümayəndəsi Rizvan Səfərova bizə dəstək olduğları üçün öz təşəkkürümüzü bildiririk.