İlin çempionu bilinəcək!

İlin çempionu bilinəcək!

İlk öncə ətraflı tur haqqında sizləri məlumatlandıraq. Tur sistemi FIBA 3x3 yaradıb, sistem əsas 2 mərhələdən ibarətdir, dünya turu «World Tour» və dünya turunun finalı «World Tour Final» (amma komanda əvvəlcədən dünya turuna vəsiqə qazanmalıdır). Bu sistemi ölkə daxilidə istifadə etmək olar, Ölkə turu və Ölkə turun finalı. Beləliklə 3x3 Azərbaycan ölkədə ikinci ildir ki, həmin turu keçirdir. İlk tur 2016-ci ilin iyun ayın 26-sında keçirilmişdir, tur 6 mərhələdən ibarət idi, həmin turun qalibi F.6.P komandası olmuşdu. Hal-hazırda ki, «Basketball 3x3 Azerbaijan Cup 2017-2018» turu 2017-ci ilin iyul ayın 8 başlamışdır. Turun 4 mərhələsi Bakı şəhərində keçirilmişdi, 5-ci mərhələsi Cəlilabad rayonunda və 6-ci mərhləsi  Göygöldə keçirilmişdir. Beləliklə turun final mərhələsi iyun ayın 23 keçiriləcək, ölkənin ilin ən güclü komandası bəlli olacaq, qalib gələn komandanın heyəti ölkəmizin və dünyanın basketbol 3x3 tarix kitabına öz adlarını yazdıracaqlar. Turun final mərhələsi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr ediləcək.

02:18
289
RSS
Нет комментариев. Ваш будет первым!