Basketbolçularımız Rustavidə 5-ci və 6-cı yerləri bölüşdürüblər.

Basketbolçularımız Rustavidə 5-ci və 6-cı yerləri bölüşdürüblər.

İyul ayının 18 Gürcüstanın Rustavi şəhərində 3x3 basketbol idman növü üzrə "3x3GeoTour2018" adlı Gürcüstan turunun üçüncü turnirinə start verilmişdir. 3x3 Azərbaycan saytı xəbər verir ki, turnirə ölkəmizdən "3x3 Azərbaycan" (Nicat Mirzəyev, Teymur Quliyev, Ramil Əyyubov) və "Phoenix Baku" (Rəhman Teymurbəyov, Elmar Mir-Bağırov, Andrey Kondratyev, Fariz Qənbərov) komandaları qatılmışlar. Turnirin ilk oyunlarında «A» qrupunda «Phoenix Baku» komandası 7-3 hesabı ilə «Leonardo» komandası üzərində inamlı qələbə qazanmışlar. İkinci oyunda 18-22 hesabı ilə «Rustavi» komandasına təəsüfki məğlub olmuşlar. Məğlubiyyətə baxmayaraq 4\1 mərhələyə vəsiqə qazana biliblər. Eyni zamanda «B» qrupunda «3x3 Azerbaijan» komandası «G.L.A» komandasına 6-4 hesabı ilə məğlub ediblər və «U-18 GEO» komandasına 3-13 hesabı ilə uduzublar. Hər iki komandamız 4\1 mərhələyə atlaya bilblər. "Phoenix Baku" 4\1 mərhələsində «Old Eagle» komandasına 10-21 hesabı ilə məğlub olublar və turnirdə 5-ci yerə sahib cıxdılar, "3x3 Azərbaycan" 4\1 mərhələsində «ANNA AN» komandasına 16-18 hesabı ilə məğlub olublar və turnirdə 6-cı yerə sahib cıxdılar.

11:39
171
RSS
Нет комментариев. Ваш будет первым!