Basketbol 3x3 Azərbaycan idman liqasının rəsmi qaydaları

Basketbol 3x3 Azərbaycan idman liqasının rəsmi qaydaları:

Hər hansı bir komandanın iştirakçısı (xəsarət alarsa, sağlamlıqında problemi olsa) buna görə 3x3 Azərbaycan təşkilatı məsuliyyət daşamır.

Siz yarışda iştirak etməyinizi qəbul etdiyiniz zaman öz imzanız ilə, aşağıdakı qaydalarıda qəbuletmiş sayılırsınız. Buna görədə aşağıda yazılan qaydaları oxumağınızxahiş olunur.

Əgər saytda istifadəçi kiminsə yerinə qeydiyyatdan keçirsə, həmin şəxsə görə cavabdehlik özü daşayacaq.

Bənd 1. Oyunun şərtləri.

1.1. Oyunçulardan heç birinə zədələyici, əzici, cızıcı əşyalar geyinmək olmaz. Misal olaraq: saat, boyunbağı, üzük və s.

1.2. Basketbol üçün nəzərdə tutulmuş qolluqlardan, rezin qolbaq və ya hər hansı bir sarğı ilə oynamağa icazə verilir.

1.3. Turnirin təşkilatçıları onlar üçün təhlükəli və ya uyğun gəlmədiyi hesab etdikləri istənilən təchizat və ya paltarı icazə verməmək üçün hüquqları vardır.

1.4. Hər komanda özü ilə iki müxtəlif rəngli idman geyimi (şort və qısaqol köynək) götürməlidir.

1.5 12 yaşdan 18 yaşa kimi iştirakçı yeniyetmə idmançı kimi sayılır. Turnirdə iştirak etmək üçün həmin iştirakçı, həkimnən arayış və valideyindən icazə vərəgəsi (icazə vərəgəsinin ərizə blankını rəsmi sayta və yaxud təşkilat ilə əlaqə saxlayıb əldə edə bilərsiz) təqdim etməlidir.

Bənd 2. Oyunların qaydaları.

2.1. Yalnız əvvəldən təsdiq edilmiş oyunçular və komandalara meydana çıxmağa icazə veriləcək.

2.2. Bütün oyunlar hər komandada ən azı üç oyunçu ilə başlamalıdır.

2.3. Səbətə atılan hər bir atış 1 xal ilə qiymətləndirilir. 2 xallıq dairəsindən atılan hər bir atış isə 2 xal olaraq qiymətləndirilir. 2 xallıq atışın qeydə alınması üçün oyunçunun hər iki ayağı dairədən kənarda olmalıdır.

2.4. Oyunun başlanğıcında qəpik vasitəsi ilə topa ilk hansı komandanın sahib olacağı müəyyən edilir.

2.5. Hər xal atıldıqdan sonra və hər cərimə atışları zaman top səbətə düşdükdən sonar, qarşı komanda səbətin altından topu götürərək 2 xallıq xətdindən çıxıb (hər iki ayağı və top 2 xallıq xətti keçməlidir) hücüma keçməlidir. Top səbətə daxil olandan sonra hücuma keçən komanda səbət altında topu götürən zaman, rəqib komanda topa toxunmalı deyil, əgər qarşı komanda topu götürməyə maniyəçilik etsə o zaman hakim oyunçuya xəbərdarlıq edəcək, birdə təkrarlansa oyunçuya texniki fol veriləcək.

2.6. Top meydançanın çıxış xətlərini keçməsi və ya topu idarə edən oyunçunun ayağı hər hansı birinin xətti tapdalaması hallarında çıxmış sayılır.

2.7. Hücuma 12 saniyə vaxt ayrılır, 12 saniyə xüsusi cihaz ilə hesablanır, əgər oyunda 12 saniyəli cihaz yoxdursa və hücüm 12 saniyədən çox çəksə onda hakim oyunun qedişatına baxaraq hücumu dayandıra bilər və yaxud hakimlər stolundan son 3 saniyə elan etdikdən sonra oyunu dayandıra bilər.

2.7.1. Hücüm üçün nəzərdə tutulmuş 12 saniyəli cihaz olmasa, oyun vaxtı müdafiədə olan oyunçular hakimdən hücumun dayandırmaqını istəyə bilməz, elə hal baş versə hakim texniki fol verə bilər.

2.8. Oyunçu zədələndiyi vaxtda hakimin oyunçunu oyuna salmamaq kimi haqqı var. Əgər oyunçunun açıq və qanayan yarası varsa oranı bağlamaq məcburiyyəti var. Oyunçunun paltarı qanadığı halda o, paltarını dəyişdirməlidir. Əgər oyunçu zədələndiyi vaxt cərimə atışı atmalıdırsa və ata bilmirsə yarışın həkiminə müraciyyət edərək, həkim təsdiqləsə cəriməni komandanın kapitanı atmalı olacaq və oyunçu oyunun axrınıa kimi oyuna daxil ola bilməyəcək.

2.9. Hər hansı bir gözlənilməyən hadisə baş verərsə bütün komandalar təşkilatın rəhərliyinə hadisədən xəbərdarlıq etməlidirlər.

2.10. Əgər oyunçunun qeydiyyat vərəqində səhvlik varsa oyunçu turnirdən uzaqlaşdırılır.

2.11. Turnirin hər hansı bir vaxtında səhvlik aşkar olunduğu halda o komanda tunirdən uzaqlaşdırılır.

2.12. Kənarda duran basketbol 3x3 rəsmiləri oyuna ciddi təsir edəcək cərimə gördüklərində hakimə demək haqları var.

2.13. Oyunda mübahisəli an yaranarsa top hər-zaman müdafiə olunan komandaya veriləcək.

Bənd 3. Follar və cərimə atışlar.

3.1. Əgər atış zamanı fol olubsa və top səbətə daxil olubsa həmin top hesaba alınır və 1 cərimə atışı qeydə alınır.

3.2. 7-ci, 8-ci 9-cu komanda folu olsa, 2 cərimə atışı qeydə alınacaq. 10-cu foldan sonra, hər bir fola 2 cərimə atışı qeydə alınacaq və top hücum edən komandada qalacaq.

Bənd 4. Oyuna ayrılan vaxt və qalibiyyət.

4.1. Oyuna ayrılan vaxtın sonunda 1 və ya daha çox xal qabaqda olan komanda qalib gəlmiş sayılacaq.

4.2. Oyuna (5-10, 15) dəqiqə vaxt ayrıla bilər əgər oyuna vaxtı ölçən hüsusi cihaz yoxdrusa o zaman oyun “çirkli vaxt” ilə və yalnız axırıncı 1 dəqiqə təmiz vaxt ilə aparılacaq.

4.3. Əgər oyuna ayrılan vaxt ərzində heç bir komandanın 1 xal fərq üstünlüyü ilə bitməzsə, oyuna vaxt əlavə ediləcək. Əlavə ayrılan vaxtda 2 xal kim tez toplasa, həmin komanda qalib gəlmiş sayılacaq.

4.4. Hər bir komanda təyin olunmuş vaxtda, təyin olunmuş yerdə olmalıdır. Komanda hazır olmadığı vaxt 5 dəqiqəlik vaxt ayrılır və yenə də hazır olmayan komanda rəsmən məğlub tərəf sayılır (son gərarı təşkilat verəcək).

4.5. Turnir vaxtı oyunçuların qeydiyyatı 30 dəqiqə və 1 saata kimi çəkə bilər.

4.6. Hər iki komandanın oyuna qədər isinmə vaxtı ayrılır. İsinmə vaxtı turnir oyunu qrafikindən asılı olaraq 5 dəqiqə və daha çox ola bilər.

Bənd 5. Taym-autlar.

5.1. Hər bir komandanın bir 30 saniyəlik taym-aut götürmək haqqı var.

5.2. Oyunçunun zədələndiyi vaxtda hakimin taym-aut eləmək haqqı var.

Bənd 6. Oyunçu dəyişikliyi:

6.1. Oyunçu dəyişikliyi oyun durduqda və ya “taym-aut” ərzində edilməlidir.

Bənd 7. Qara siyahı və etiraz proseduru.

7.1. Əgər turnirdə qeydiyyatdan keçən komandanın, turnir vaxtı qəlməsə, həmin oyunçular qatılma haqqı miqdarında cərimə yazılacaq (hər oyunçuya), gələn turnirə qatılmaq üçün həmin cəriməni ödəyəndən sonra qatılmaq mümkün olacaq, əks halda komanda və komandanın heyyəti təşkilatın yarışlarından 1 il müddətinə qara siyahıda qeyd olunacaq.

7.2. Turnir vaxtı hər hansı bir sözlü konflikt eləmək, dava salan oyunçular meydandan, tunirdən qovulması ilə nəticələnəcək və gələn turnirlərə həmin oyunçular bir il və ya ömürlük heç-bir turnirlərə buraxılmayacaq.

7.3.5. Ölkə daxili 3x3 Azərbaycan tərəfindən razılaşdrılmamış və qəbul edilməyən turnirlərində iştirak və yaxud sonradan iştirak edən oyunçuların hesabları dondurulacaq və 3x3 Azərbaycan turnirlərinə buraxılmayacaqlar.

Bənd 8. Cavabdehlik.

8.1. Yarış vaxtı təşkilat itən əşyalara cavabdehlik daşımır.

Bənd 9. Uzun müddətli liqaya qatılmaq üçün qaydalar (adi turnirlərə aid deyil, qaydalar ancaq uzun müddətli turnirlərə nəzərdə tutulub).

9. 1. Hər komandada 6 nəfər oyunçu ola bilər, 2 nəfər ümumi ehtiyyatda, 4 nəfər isə (bir nəfər ehiyyatda olmaqla) oynayanlar. Həmin 2 nəfər FIBA 3x3 saytında qeyd olunmayacaq ehtiyyatda olduğları üçün.

9.2. Liqada maksimum qeyd olunan sayda komanda iştirak edəcək və qeyd olunan qruplara bölünəcək.

9.3. Liqa qeydolunan tarixə kimi davam edəcək. (Komandaların sayına görə planlaşdırılacaq)

9.4. Oyunlar dövretmə sistemi ilə keçiriləcək.

9.5. 3x3 Azərbaycan yarış təşkil fonduna hər bir komanda bir oyuna görə qeyd olunan sayda məvacib ayırmalıdır, hər komanda əvəlcədən növbəti oyunun məvacibini yarış fonduna ödəməlidir. Əgər komanda gələn yarışlara qatılmasa həmin komanda məğlub olmuş kimi liqadan uzaqlaşdırlacaq.

9.6. Hər bir komanda oyunçusunun rəqəmlənmiş forması olmalıdır.

Bənd 10. Nizam – intizam.

10.1. Turnir vaxtı əgər oyunçu oyun vaxtı 2 qeyri idman folu alarsa hakimlər tərəfindən oyundan uzaqlaşdırılacaq, təşkilat tərəfindən turnirdən də uzaqlaşıdırıla bilər.

10.2. Oyunçu əgər rəqib oyunçuları, hakimləri, təşkilat heyətini, azərkeşləri təhqir etsə, növbəti oyundan kənarlaşdırılacaq, əgər təkrarlansa qara siyahıya əlavə olunacaq.

10.3. Texniki fol oyunçunun hər hansı bilərəkdən edilmiş kobudluğu, söyüş və hakimin qərarına etiraz etməsi müqabilində veriləcək. Hər hansı bir sözlü konflikt eləmək oyunçunun meydandan qovulması ilə nəticələnəcək. Oyunçu meydanda rəqibə qarşı zədələyici hərəkət edərsə və ya dava salarsa bu texniki fol kimi qeydə alınacaq. Bu follara həmçinin topa ayaqla bilərəkdən güclü zərbə endirmək, topu yerə və ya rəqibə güclü şəkildə vurmaq da aiddir. 2 dəfə texniki fol almış oyunçu oyundan və ya turnirdən uzaqlaşdırılır və cərimə olaraq fola məruz qalmış komanda 2 sərbəst atış edir və topa sahib olur.

10.4. Turnir ərəfəsində oyun vaxtı və oyundan kənar oyunçular təşkilat heyəti ilə, hakimlər ilə oyun barədə müzakirə etmək, hakimə nəsə başa salmaq, hakimə söyüş, təqqir edici sözlər işlədilsə oyun dərxal hakim və təşkilat tərəfindən dayandırılacaq, həmin oyunçunun komandası turnirdən və bütün gələcək turnilərdən uzaqlaşdırılacaqlar və birdaha heç-vaxt turnirlərə buraxılmayacaqlar. Oyunda bütün verilən qərarlar oyundan sonra, oyunun təkrar keçirilməsi barədə, hakimin səhvərinin video sübüt və sairə təstiq və sübüt edici məlumatlar yarışın, oyunun heç bir təsirə malik olunmayacaq və qeydə alınmayacaq. Yekunlanmış oyun, yekün nəticə kimi qeydə alınacaq.

10.5. Heç bir komanaya turnirlərdə iştirak məcburiyyət qoyulmayıb hər komanda öz qərarı ilə turnirlərə qatılır və əgər yarışda iştirak etmək istəmirsə qeydiyyat bitməmiş öz komandanı iştirakçılar siyahısından silməlidir.

Bənd 11. Turun qaydaları.

11.1. Turun finalına kimi komandada yalnız 6 nəfər iştirak edə bilər, birinci iştirak edilən turun turnirdən başlayaraq (komandada əgər oyunçular oynayıbsa gələcək turnirdə qeyd olunan tur ərzində oyuncular komandada əvəz edilə bilməz). Qeyd: oyunçu bir komandadan digər komandaya keçməsi üçün maneə tətbiq olunmayıb (yalnız turun final mərhələsində komandaya yeni oyunçu əlavə etmək olmaz).

11.2. Ümumi tur reytinqi ilə komanda turun finalına vəsiqə qazanacaq (yeni komanda yardılsa, həmin komanda 0 reytinqi ilə hesablanacaq).

Bənd 12. Slam Dunk müsabiqəsinin qaydaları.

12.1. Müsabiqə 3 mərhələdən ibarətdir. Oyunçulara 75 saniyə ərzində üç şans veriləcək, ancaq üçüncü mərhələdə vaxt limitsiz olacaq. Danklar beş və ya üç münsiflər heyəti tərəfindən (0, 5-10) xalları ilə hesablanacaq. İki mərhələ ərzində oyunçular bir-biri ilə yarışacaq və üçüncü mərhələyə ən çox xal toplayan dörd (iştirakçı çatışmasa iki oyunçu üçüncü mərhələyə keçəcək) oyunçu keçə biləcək. Üçüncü mərhələ yarım-final və final mərhələsindən ibarət olacaq. Əgər xallar bərabər olsa o, zaman xal bərabərlik olan oyunçular arasında həmin mərhələ təkrarlanacaq.

Bənd 13. Üç xallıq müsabiqəsinin qaydaları.

13.1. Müsabiqənin iştirakçısı üç xallıq xəttinin mərkəzində on (10) top atışına malik olacaq. Hər səbətə daxil olan top bir (1) xal ilə hesablanacaq, əgər maksimum nəticəyə görə hesab fərgi rəgib oyunçu ilə bərabərləşsə onda həmin oyuçular yenidən, öz aralarında mübarizə aparacaqlar, amma bu səfər beş (5) top atışına malik olacaqlar.

13.2. Hər komandadan yalnız bir oyunçu müsabiqədə iştirak edə bilər, qalan komanda yoldaşları müsabiqədə iştirak edən komanda yoldaşına topu səbətin altında götürərək, kömək edəcəklər.

Bənd 14. Yay liqasının qaydaları:

14.1. Liqada iki dəfə texniki fol almış oyunçu cərimələnəcək, oyunun iştirak haqqının 3 qatını liqanın rəhbərliyinə növbəti oyuna gədər təqdim etməlidir. Əks halda həmin komanda turnirdən uzaqlaşdırlacaq və bütün komandanın heyəti 2 il qara siyahiya əlavə olunacaq.
14.2. Qeyri idman folu alan oyunçu həmin qayda ilə cərmələnəcək və yaxud turnirdən uzaqlaşdırılacaq. Həmin qanun liqanın daha səmərəli və nizam-intizam keçirilməsi üçün tətbiq olunur.

Basketbol 3x3 rəsmiləri qaydaları qoymaq onları dəyişdirmək hüququna sahibdirlər.

Tarix: 20.07.2018

186